Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Dünya üçüncü dalğanın başlanğıcındadır” - ÜST

“Dünya üçüncü dalğanın başlanğıcındadır” - ÜST

“Koronavirusun “delta” ştammı yoluxma sayının artmasında əsas səbəblərdən biridir. Dünya pandemiyanın üçüncü dalğasının başlanğıcındadır”.

 

Axşam.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. 

O qeyd edib ki, Avropa və Şimali Amerikada əhali arasında vaksinasiyanın artması nəticə verib və virusa yoluxma, ölüm sayında azalma müşahidə olunub. Ancaq sonra vəziyyət yenidən dəyişib və dünya yeni dalğanın başlanğıc mərhələsindədir.

Onun sözlərinə görə, “delta” variantı artıq 110-dan çox ölkədə aşkarlanıb və yaxın vaxtlarda dünyada dominantlıq edəcək ştamma çevriləcək.