Parisin məşhur “Chaumet” zərgərlik mağazası naməlum şəxs tərəfindən qarət edilib.
“Le Parisien” nəşri bu barədə polisdəki mənbələrinə istinadən xəbər yayıb.
Belə ki, yerli vaxtla saat 17:00 radələrində silahlı şəxs zərgərlik mağazasına daxil olaraq qızıl-zinət əşyalarını oğurlayıb və skuterlə hadisə yerindən uzaqlaşıb.
İlkin məlumata əsasən, cinayətkar iki milyon avro(dörd milyon manat) dəyərində zinət əşyaları oğurlayıb.
Hazırda cinayətkarın axtarışları aparılır.
// oxu.az