Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları təşəbbüsü” qrupu üzərinə götürüb.
“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, bu barədə PKK-ya aid sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Qeyd edək ki, daha əvvəl PKK-nın Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən üzvləri saxlanılıb və araşdırmalara başlanılıb.