Türkiyənin Kahramanmaraş vilayətində yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
SHOWNEWS.AZ bildirir ki, qəzaya uğrayan amfibiya təyyarə Rusiyaya məxsus olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, təyyarədə beş Rusiya, üç Türkiyə vətəndaşı olub.
Qeyd olunub ki, qəzadan xilas olan olmayıb.