Türkiyənin Səhiyyə Nazirliyi ölkədə koronavirusa qarşı vaksinasiya ilə bağlı yeni qərarlar qəbul edib.
SHOWNEWS.AZ xəbər verir ki, artıq 15 yaşdan böyük yeniyetmələrə vaksin vurulacaq. Bununla yanaşı, xroniki xəstəliyi olan uşaqlar 12 yaşdan başlayaraq vaksinasiyada iştirak edə biləcəklər.
Həmçinin, yeni qərarlara görə, Türkiyədə bu gündən başlayaraq vaksinin 4-cü dozası vurulacaq. Bildirilir ki, 4-cü doza 3-cü dozadan 21 gün sonra vurulacaq.
Bildirilib ki, ilk olaraq 4-cü doza vaksin olunmaq üçün səhiyyə işçilərinə və risk qrupuna daxil olan əhaliyə şərait yaradılacaq.