Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Taliban” hakimiyyəti ələ keçirdikdən sonra ilk mətbuat konfransını keçirib

Taliban” hakimiyyəti ələ keçirdikdən sonra ilk mətbuat konfransını keçirib

Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban” ilk mətbuat konfransını keçirib.

Tədbir "Əl Cəzirə” tərəfindən yayımlanıb.

Hərəkatın sözçüsü Zabihullah Mücahid bildirib ki, Taliban dünya arenasında heç kimlə düşmən münasibət yaratmaq istəmir. O, əmin edib ki, Taliban Əfqanıstanın münaqişə meydanı olaraq qalmasına icazə verməyəcək.

 

Mücahid 20 illik mübarizədən sonra əcnəbiləri qovduqlarını və ölkəni azad etdiklərini bildirib, bu münasibətlə ölkə əhalisini təbrik edib. O qeyd edib ki, "Taliban” hərəkatı ona qarşı mübarizə aparanlardan qisas almır və hamını bağışlayır.

 

Mücahidin sözlərinə görə, ölkədəki bütün səfirliklər və QHT-lərin təhlükəsizliyi tamamilə təmin olunub. "Taliban” heç kimin ölkə ərazisini digər dövlətlərə qarşı hücumlar üçün baza olaraq istifadə etməsinə icazə verməyəcəyini də söz verib.

 

Hərəkat nümayəndəsi hakimiyyətin ölkədə qadın hüquqlarını qoruyacağını, xanımların şəriətə uyğun olaraq aktiv həyat tərzi sürməsinə icazə veriləcəyini bəyan edib. O, həmçinin qadınların yalnız gözlərin göründüyü niqab deyil, üzü açıq saxalayan hicab, həmçinin bədəni tamamilə gizlədən əlbisə geyinməli olduqlarını söyləyib.

 

Bununla yanaşı, "Taliban” sözçüsü, yeni hökumətin ölkənin iqtisadi dirçəlişinə diqqət yetirəcəyini bildirib.

 

Mücahidin sözlərinə görə, "Taliban” tərəfindən qurulan Əfqanıstan hökuməti, ölkənin əvvəlki hakimiyyət orqanlarından daha yaxşı fəaliyyət göstərə biləcək.

 

O, Talibanın yeni bir hökumət qurmaq üçün fəal şəkildə çalışdığını, hökumətdə bütün qüvvələrin təmsil olunacağını vurğulayıb.

 

Mücahid əlavə edib ki, hökumət bir neçə gün ərzində işə başlayacaq.