Ötən gün Pəncab əyalətinin Bahavalnaqar şəhərində terror aktı törədən şəxslərdən biri saxlanılıb.
Bu barədə “Pakistantribe” agentliyi məlumat verib.
Mənbə yazır ki, Pakistan polisi tərəfindən saxlanılan şəxs ölkədə ənənəvi olaraq keçirilən Aşura mərasiminə toplanan insanlara tərəf qumbara atıb.
Qeyd edək ki, ötən gün Pakistanda törədilən terror aktı nəticəsində beş nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.