Şotlandiyada kişi məhkum kamerasına gizli kamera quraşdırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlarında olan qadın gözətçi kameraya girərkən məhbusu öpməyə başlayıb. Cütlük bir müddət öpüşdükdən sonra qadın keşikçi kameradan ayrılıb.
Görüntünün ortaya çıxmasından sonra qadın gözətçi işindən istefa verib. Qadın bildirib ki, o, məhbusu öpərkən kameradakı gizli kameradan xəbərsiz olub və bu görüntünün bir neçə həftə əvvəl çəkildiyini söyləyib.
Qeyd edək ki, keçən ay eyni həbsxanada bir məhkumla cinsi əlaqədə olan başqa bir mühafizəçi qadın barəsində də istintaq başladılmışdı. Həbsxana rəsmiləri bildiriblər ki, hadisə polisə bildirilib və araşdırmalara başlanılıb.