Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ayasofya məscidində şəhidlərimizin ruhuna sübh namazı qılınıb

Ayasofya məscidində şəhidlərimizin ruhuna sübh namazı qılınıb

Azərbaycanın 44 günlük Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində şəhidlərin anım tədbiri keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində əvvəlcə İstanbulun tarixi Ayasofya məscidində şəhidlərin ruhuna sübh namazı qılınıb.

Sonra Ayasofya qarşısında şəhərdə fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib.

 

Bəyanatda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən şanlı Qarabağ Zəfəri qızıl hərflərlə tarixə yazılarkən, Türkiyənin yenə də qardaşının yanında olduğu xatırladılıb.

Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Qarabağ müharibəsinin qısa zaman ərzində Azərbaycanın leyhinə biltməsinin əsas səbəbi ölkə Prezidenti İlham Əliyevin qətiyyəti olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu və qardaşının heç vaxt tək olmadığını söyləyib.

Türkiyə və Azərbaycan qardaşlığı tarix boyunca ən çətin dövrlərdən keçib. 103 il əvvəl, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan üçün əhəmiyyətli dönüş nöqtələrindən biri olan Bakını işğaldan azad edib. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, “Türk ordusunun Bakıya gəlişi və şəhərin erməni quldur dəstələrinin hücumlarından xilas olması hər bir azərbaycanlının qəlbində yaşayır. Bu çətin dövrdə Azərbaycan türk xalqının köməyini heç vaxt unutmayacaq".

Bu tarixi bağın davamı olaraq Azərbaycan və Türkiyə Prezidentləri bir-birinə "qardaş" deyir, ay-ulduzlu bayraqlarımız bir yerdə dalğalanır. Bu isə dostlarımız üçün qürur, düşmənlərimiz üçün isə ən açıq qorxudur. Vətən müharibəsində əldə olunan qələbə regiondakı güc balansının dəyişməsinə səbəb olsa da, bu, Azərbaycan və Türkiyə arasında yeni birlik və həmrəyliyin növbəti nümunəsi olaraq tarixə düşüb.