“Forbes” dünyanın ən zəngin insanlarının yeni reytinq cədvəlini açıqlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask siyahıda “Amazon”un qurucusu Ceff Bezosu qabaqlayaraq birinci olub. Maskın sərvəti “Tesla” səhmlərində davam edən yüksəlişdən sonra artıb. Hazırda onun sərvəti 203,4 milyard dollardır
İkinci yerdə 197,7 milyard dollarla Bezos, üçüncü yerdə 175,5 milyard dollarla “Louis Vuitton Moët Hennessy”nin prezidenti Bernar Arno, dördüncü yerdə 131 milyard dollarla Bill Qeyts, beşinci yerdə 126,4 milyard dollarla Mark Zukerberqdir.
Qeyd edək ki, İlon Mask dünyada sərvəti 200 milyard dolları keçən üçüncü şəxsdir.