Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Telman İsmayılovun həbs müddəti AÇIQLANDI

Telman İsmayılovun həbs müddəti AÇIQLANDI

Monteneqroda saxlanılan azərbaycanlı iş adamı Telman İsmayılov 2 ay müddətinə azadlıqdan məhrum edilib.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə iş adamının rusiyalı vəkili Marina Rusakova bildirib.

"Bəli, təsdiq edə bilərəm ki, o, Monteneqroda saxlanılıb və iki ay müddətinə həbs edilib. Bu qərardan artıq apellyasiya şikayəti verilib. İsmayılov siyasi sığınacaqla bağlı müraciəti yoxlanılarkən tutuldu. Bu da apellyasiya üçün əsaslardan biridir", - Rusakova bildirib.

 

Onun sözlərinə görə, həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır. Vəkilin sözlərinə görə, Monteneqro hakimiyyəti İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun ekstradisiyası məsələsi iki aya qədər çəkə bilər.

Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq -mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.