Məhəmməd peyğəmbərin karikaturalarını çəkməsi ilə məşhur olan isveçli müəllif Lars Vilks qəzada dünyasını dəyişib.
SHOWNEWS.AZ xəbər verir ki, içərisində Lars Vilks və onun mühafizəçiləri olan iki polis əməkdaşının olduğu avtomobil İsveçin cənubunda yük maşını ilə toqquşub.
Hər iki maşın toqquşduqdan sonra yanmağa başlayıb. Yük maşınının sürücüsü ağır yaralanıb.
Qeyd edək ki, Lars Vilks başı Məhəmməd peyğəmbərin, bədəni isə it olan karikaturanın müəllifidir. Sözügedən karikatura 2007-ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub.
Karikatura bir çox müsəlman ölkələrində narazılığa səbəb olub. Bəzi məlumatlara görə, “Əl-Qaidə” terror təşkilatının yaraqlıları müəllifin başına 100 min dollar vəd ediblər. Bundan sonra, Lars Vilks polisin mühafizəsi altında yaşayıb. 2010-cu ildən bu günə qədər Vilksin evini yandırmağa cəhd ediblər və buna bənzər bir neçə insident yaşanıb.