“Gmail” elektron poçt xidmətinin istifadəçiləri proqramda problemlərin yaşandığını iddia edirlər.
Belə ki, istifadəçilərin 36 faizi onlara ünvanlanan məktubları qəbul edə bilmədiklərini, eyni faiz istifadəçi isə poçt xidmətinin veb-saytını daxil ola bilmədiklərini yazır.
27 faiz istifadəçi isə qeydiyyatla bağlı problem yaşandığını qeyd edir.
Şirkətdən isə qeyd olunan problemlərlə bağlı məlumatları təkzib edirlər.