Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycan daha 5 ermənini təhvil verdi

Azərbaycan daha 5 ermənini təhvil verdi Azərbaycan Bakıda saxlanılan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə erməni mediası yazıb. Proses Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutub. Qaytarılanlar Ambardanyan Mels Karapetoviç, Karapetyan Rafik Robertoviç, Manukyan Jora Vanoeviç, Manukyan Ovsep Robertoviç, Soqomonyan Sedrak Samveloviçdir. Qeyd edək ki, sonuncu dəfə sentyabrın 7-də Azərbaycan Ermənistana 2 ermənini təhvil vermiş, əvəzində isə Cəmil Babayev ölkəmizə qaytarılmışdı.