Rusiya İstintaq Komitəsi “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovu ekstradisiya etməkdən imtinanın səbəbləri ilə bağlı izahat tələb edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, müvafiq təlimatı İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin verib.
Məlumatda bildirilir ki, İstintaq Komitəsi Monteneqronun İsmayılovun ekstradisiyasından imtina qərarı ilə “razılaşa bilməz”.
"Ağır cinayətlərin törədilməsinə görə İsmayılov müəyyən edilmiş cəzasını çəkmədiyindən, axtarışda olanların siyahısında qalacaq”, - məlumatda deyilir.
Bastrıkin Beynəlxalq Hüquq Departamentinə Rusiya Xarici İşlər Nazirliyi ilə birlikdə baş verənlərlə bağlı izahat verərək “ekstradisiyadan imtinanın əsaslarını ətraflı öyrənməyi və hesabat hazırlamağı” tapşırıb.
Oktyabrın əvvəlində Rusiya Baş Prokurorluğu “Çerkizov” bazarının keçmiş sahibinin ekstradisiyası üçün Monteneqroya sorğu göndərdiyini açıqlamışdı. 2017 -ci ildən sifarişli cinayətlər təşkil etdiyi üçün beynəlxalq axtarışdadır.
İstintaqın versiyasına görə, İsmayılov Rafiq və Vaqif qardaşları ilə birlikdə 2016-cı il mayın 15-də baş vermiş biznesmen Vladimir Savkinin və “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brılevin qətli ilə bağlı plan hazırlayıb.
Onları killer Mehman Kərimov güllələyib. İsmayılov isə bu cinayətdə əli olduğunu boynuna almır.
Telman İsmayılov Podqoritsada icarə götürdüyü malikanə saxlanılmışdı.
Oktyabrın 22-də İsmayılova Monteneqroda siyasi sığınacaq verildiyi məlum olub.