Hər kəsi qorxuya salan “Super qrip” sürətlə yayılır: Simptomları bunlardır
Dünyada yeni yayılmağa başlayan "super qrip" hər kəsi qorxuya salıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, PCR testi mənfi olsa da, xüsusilə 15-44 yaş arasında COVİD-19-a bənzər simptomlarla müşahidə edilən və günlərlə davam edən "super qrip” bütün dünyada yayılmağa davam edir.
Jules Kelly adlı xəstə The Telegraph-a açıqlamasında bildirib ki, "Bu, boğaz ağrısı və dəhşətli qaymorit ağrısı ilə başladı. Bədənim çox zəifdir və ayaqlarım dayanmır". Kelli onu da vurğulayıb ki, onun simptomları iki gün sonra döş qəfəsindən gələn şiddətli öskürək ilə müşayiət olunub.
Həkimlər Kellinin COVİD-19-a yoluxmuş ola biləcəyini düşünüb, lakin hər üç testi mənfi çıxıb.
Cardiff Universitetinin Soyuq Mərkəzinin keçmiş direktoru Prof. Dr. Ronald Ekkls bildirib ki, hazırda dövriyyədə olan "super qrip” tənəffüs sinsitial virusunun (RSV) nəticəsidir.
RSV virusu; Qrip və soyuqdəymə kimi şikayətlərə səbəb olsa da, müalicəsi gecikdikdə ağciyərləri sıradan çıxarır.
Körpələr və yaşlılar başda olmaqla bütün yaş qruplarında həyati təhlükəsi olan tənəffüs yolu infeksiyalarına səbəb olan virus son illərdə rast gəlinmə hallarının artması ilə diqqət çəkir.
Super qripdən əziyyət çəkənlər qaymorit və döş qəfəsində infeksiyalar, öskürək, boğaz ağrısı, yorğunluq, dad və qoxu itkisi kimi simptomlarla qarşılaşırlar.
Bu simptomlar COVİD-19 simptomlarına bənzəyir, lakin xəstələr PCR testlərində müsbət kimi görünmür.