Amerika Birləşmiş Ştatları humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min ABŞ dolları məbləğində yardım ayırıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək:
“Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qaydaraq yeni həyat başlamaqları üçün vacib rol oynayır.
Birləşmiş Ştatlar dünyada adi silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard dollardan artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sürsatların mülki əhaliyə yaratdıqları təhlükələrin aradan qaldırılmasına istifadə olunub”.