Moldovada dayənin 2 yaşlı qızı amansızcasına qətlə yetirməsi postsovet məkanında böyük rezonans doğurub.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə dayənin vəhşiliyi hiddətlə qarşılanıb.
Paytaxt Kişinyovda qeydə alınan qətlin səbəbi azyaşlının dayanmadan ağlaması olub.
Valideynlər 2 yaşlı qızlarını 19 yaşlı dayəyə etibar edib evdən çıxırlar. Uşağın davamlı ağlaması gənc qadını özündən çıxarır. Dayə uşağı “sakitləşdirməyə” çalışır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qızın bədənində ölümündən əvvəl işgəncə əlamətləri aşkarlayıb. Ekspertizanın rəyinə görə, uşağın bədənində çoxsaylı çəngəl izləri müəyyən edilib.
Qızın qabırğaları sınıb, travmatik beyin zədəsi alıb. O da məlum olub ki, dayə körpənin başını bir neçə dəfə divara vurub.
Uşağın öldüyün görə, baxıcı qızı küçəyə ataraq mənzildən uzaqlaşıb. Lakin o, polis tərəfindən saxlanılıb. Dayəni ağır həbs cəzası gözlədiyi bildlirlir.