Morqda qızının meyiti ilə cinsi əlaqədə olduğunu öyrənən ana qızını zorlayan adamı öldürmək istəyib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İngiltərədə yaşayan Azra Kamal adlı qız dünyasını dəyişdiyi xəstəxananın meyitxanasına aparılan zaman texniki xidmət işçisi David Fuller tərəfindən zorlanıb. Hadisənin üzə çıxmasından sonra qızının zorlandığı xəbərini alan Nevres Kamal bıçaqla getdiyi polis bölməsində Fullerə "ürəyindən bıçaq vuracağam" deyərək hücuma keçib.
İngiltərənin Kent şəhərindəki xəstəxanada yaşanan qalmaqal dünya gündəminə düşüb. David Fuller adlı xəstəxananın texniki xidmət işçisi 1987-ci ildə iki qadını evlərində öldürərək cəsədlərinə təcavüz etdiyini, işlədiyi xəstəxananın meyitxanasında daha 100 qadına təcavüz etdiyini etiraf edib. Azra Kamal Fullerin zorladığı qadınlardan biri idi.
Azranın anası Nevres Kamal qızının meyitxanada zorlandığını öyrəndikdən sonra əlində bıçaqla polis bölməsinə qaçıb. David Fulleri öldürmək istəyən Kamalı polis qrupları çətinliklə sakitləşdirib.
Hadisədən sonra açıqlama verən Nevres Kamal, "Hadisədən cəmi 3 saat əvvəl qızımın yanında uzanıb saçını sığalladım. Belə iyrənc bir şey olduğunu bilmirdim. Eşidən kimi getdim” – deyə bildirib.
Digər tərəfdən hazırda Londonda polis idarəsində saxlanılan David Fuller adlı şəxs yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Fullerin vəziyyətinin necə olacağı isə bu məhkəmədə müəyyənləşəcək.