Eyni cinsdən olan cütlüklər gələn ilin iyul ayının 1-dən İsveçrədə evlənə bilər.
SHOWNEWS.AZ məlumatına görə, hökumət bu məsələ ilə bağlı referendumun nəticələrini açıqlayıb.
Seçicilərin təxminən üçdə iki hissəsi "Hamı üçün nikah" təşəbbüsünü bəyəniblər. Bunun nəticəsində İsveçrə Qərbi Avropanın eynicinsli nikahları leqallaşdıran son ölkələrindən birinə çevrilib.
İki mərhələli proses çərçivəsində xaricdə nikaha girən eyni cinsli cütlüklərin statusu yanvarın əvvəlindən tanınacaq. Əvvəllər cütlüklərə İsveçrədə qeydə alınmış ortaqlıq kimi baxılırdı.
Yeni qanun altı aydan sonra qüvvəyə minəcək ki, bu da cütlüklərin 2022-ci il iyulun 1-dən etibarən nikaha girməyə və ya qeydiyyatdan keçmiş tərəfdaşlığı dəyişməyə icazə verəcəyi deməkdir.
Kampaniyanın iştirakçıları qanunun qüvvəyə minməsinin ilk ilində bir neçə yüz adamın qanuna dəyişiklikdən yararlanacağını gözləyirlər.
Lent.az