Evliliyini xilas etmək üçün getdiyi cadugər onun sonu oldu.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyada 33 yaşlı Anton Şabanov adlı şəxs toydan bir il sonra onu tərk edən 29 yaşlı həyat yoldaşı Lyubovu geri qaytarmaq üçün cadugərin yanına gedib. Ancaq getdiyi cadugər gənci öldürüb.
Rusiyada baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub. Belə ki, cadugər onun yanına gələn Anton Şabanovu vəhşicəsinə öldürüb. 32 yaşlı Nikolay İvanov Antona lağ etməyə, evdən çıxan arvadını təhqir etməyə başlayanda aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrildikdən sonra İvanov Antonun başına balta ilə vurub və başını kəsərək öldürüb. Qətldən sonra İvanov Antonun cəsədini ağaclarla örtərək qaçıb. Qısa müddətdən sonra polis İvanovu yaxalayaraq saxlayıb.
Məhkəmə qətli etiraf edən İvanovu 9 il yarım müddətinə azadlıqdan məhrum edib.