Türkiyədə həkimlər daha bir möcüzəyə baiskar olublar.
Belə ki, Koşuyolu xəstəxanasında süni nəfəs aparatına qoşulan COVID xəstəsi 27 yaşlı Nida Pelit sağlam uşaq dünyaya gətirib.
Körpə qeysəriyyə əməliyyatı ilə ananın bətnindən götürülüb.
Xanımın həyat yoldaşı tibb müəssisəsinin kollektivinə dərin təşəkkürünü bildirib.
Yerli KİV-də yayılan məlumatlara görə, baş verən hadisə ECMO cihazına qoşulan ağır koronavirus xəstəsinin ana olduğu nadir hallardan biridir.