İsrailin Eylat şəhərində “Kainat gözəli-2021” müsabiqəsinin finalı keçirilib.
Yarışmanın qalibi Hindistan təmsilçisi Harnaaz Sandhu seçilib.
21 yaşlı qız gözəllik müsabiqəsinin keçirildiyi vaxtdan indiyək qalib seçilən üçüncü Hindistan vətəndaşı olub.
Sandhu administrator kimi çalışır, boş vaxtlarında model və aktrisa kimi fəaliyyət göstərir. Bundan əlavə, qız ictimai fəaliyyətlə məşğuldur.
İkinci yerə Cənubi Afrika Respublikasının (CAR) təmsilçisi Lalesa Msvane, üçüncü yerə isə Paraqvay təmsilçisi Nadia Fereyra layiq görülüb.
Rusiya təmsilçisi – əslən azərbaycanlı Ralina Əsədova isə “Kainat gözəli”nin finalına keçə bilməyib.