Türkiyənin Ərzurum şəhərində Diyanət Nazirliyinə bağlı Quran kursunda 7 uşaq cinsi istismara məruz qalıb.
Bakupost xəbər verir ki, Ərzurum valisi şübhəlinin Yozgatda saxlanıldığını açıqlayıb.
Ərzurumun Diyanət İşləri İdarəsinin Palandöken bölgəsində yerləşən Hacı Bahattin Evgi internatında Quran kursunda yaşları 10-11 arasında olan 7 uşağın cinsi istismara məruz qaldığı üzə çıxıb.
Hadisəni təsdiqləyən Ərzurum valisi Okay Memiş kursda könüllü nəzarətçi kimi işləyən şübhəlinin Yozqatda qaçmağa çalışarkən saxlanıldığını və təhlükəsizlik səbəbilə Ərzuruma gətirilmədiyini bildirib.