Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Semyon Peqov Moldovada SAXLANILDI

Semyon Peqov Moldovada SAXLANILDI

Vətən Müharibəsi zamanı cəbhədən təxribat xarakterli saxta məlumatlar yayan, “WarGonzo”nun jurnalisti Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Rusiya Dövlət Dumasının deputatı Artem Turov Teleqram kanalında məlumat verib.

 

Turov qeyd edib ki, Moskvaya gələn Peqovun üzərində axtarış aparılıb.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.