Amerika Dyuk Universitetinin alimləri müəyyən ediblər ki, gələcəkdə iqlimin istiləşməsi səbəbindən Yer kürəsinin sakinləri uzun müddət küçədə işləyə bilməyəcəklər.
Bu barədə "Nature communications" jurnalında dərc edilən məqalədə deyilir.
Mütəxəssislərin fikrincə, planetdə temperatur iki dərəcə selsidən yuxarı qalxarsa, əmək məhsuldarlığının azalmasından iqtisadi itkilər ildə 1,6 trilyon dollar təşkil edəcək.
Tədqiqatçıları deyiblər ki, tropik və subtropik bölgələrdə - Asiya, Yaxın Şərq, Afrika və Sakit Okeanın qərbi ən çox zərər görəcək.
Artıq bir çox işçi küçədə işləyərkən gün ərzində güclü istilərlə üzləşirlər. Alimlər deyirlər ki, hər əlavə istilik dərəcəsi ilə açıq hava fəaliyyəti daha da çətinləşəcək.
Məsələn, yayda bir çox yerlərdə kritik kənd təsərrüfatı və tikinti işlərini təhlükəsiz həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Məqalədə deyilir ki, əhalisnin əksəriyyətinin açıq havada işlədiyi Hindistan, Çin, Pakistan və İndoneziya bu cür metamorfozalardan böyük iqtisadi itkilərə məruz qalacaq.
Bu ssenarinin qarşısını almaq üçün 2015-ci ildə 190-dan çox ölkə Paris İqlim Sazişini imzaladı. O, qlobal istiləşmənin qarşısını almaq üçün fəaliyyət planını müəyyənləşdirir. Müqavilə mədən yanacaqlarının tamamilə dayandırılmasını nəzərdə tutmur. Bununla belə, bütün dövlətlər emissiyaların azaldılması, texnoloji yenilikdən təchizat və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidirlər.
///Publika.az