ABŞ-ın Çikaqo şəhərində Azərbaycan vətəndaşı olan Bağırov Qurban Yalçın oğlu qətlə yetirilib.
Hadisə azərbaycanlı gənc avtomobil idarə edərkən digər sürücü ilə aralarında yaranan mübahisə zamanı qeydə alınıb.
Belə ki, mübahisə zəminində naməlum şəxs Bağırov Qurbana atəş açaraq onu qətlə yetirib.
Yaxınlarının BAKU.WS-ə verdiyi məlumata görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı gənc daha sonra çalışmağa başlayıb. İki ay sonra evlənmək üçün Azərbaycana qayıtmağa hazırlaşan Bağırov Qurban ötən gün güllələnib.
Hazırda mərhumun yaxınları cəsədinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparır. Bu prosesin 2 həftə ərzində reallaşacağı deyilir.