Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Parça maskalar bəzəkdən başqa bir şey deyil”

“Parça maskalar bəzəkdən başqa bir şey deyil”

Corc Vaşinqton Universitetinin səhiyyə siyasəti və menecmenti professoru Liane Ven parça maskaların koronavirusun “Omicron” ştamı qarşısında faydasız olduğunu bildirib.

 

Bu barədə “Qafqazinfo” CNN-nə istinadən xəbər verir.

“Parça maskalar bəzəkdən başqa bir şey deyil. “Omicron”la mübarizədə onların yeri yoxdur” - professor bildirib.

O, ictimai yerlərdə N95 sinfinə aid maskalardan və respiratorlardan istifadə etməyi məsləhət görüb. Onun sözlərinə görə, bu qoruyucu vasitələr kiçik hissəciklərin nazofarenksə daxil olmasının qarşısını alır.