Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu gedişlə Zəngəzurdan sonra İrəvan da itirə bilərik - Davtyan

Bu gedişlə Zəngəzurdan sonra İrəvan da itirə bilərik - Davtyan

"Nikol Paşinyan elə vəziyyət yaradıb ki, ruslar artıq bizim müttəfiqimiz deyil. Ermənistanın baş naziri indi ruslara qarşı oyun qurub. Nəticəsi isə bizim üçün yaxşı olmayacaq".

 

AZXEBER.COM erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın aparıcı siyasi ekspertlərindən sayılan Hayk Davtyan bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın baş naziri rusiyalı sülhməramlıları Qarabağdan çıxarmağa çalışır: "Paşinyan deyir ki, Qarabağ ermənilərin ola bilməz. O zaman sülhməramlıların Qarabağda nə işi var?! Deməli, Paşinyanın son çıxışından bir şey bəlli olur: baş nazir həm də ruslara qarşı oyun qurub. Bu gedişlə Zəngəzurdan sonra İrəvan da itirilə bilər. Əgər rusları daha da incik salsaq, bu belə olacaq. Paşinyan nə müharibənin başlanmasına, nə də məğlubiyyətə görə məsuliyyət daşıdığını söyləyir. Tək bildiyim odur ki, nəticələr bizim üçün heç də yaxşı görünmür".