Ötən ay 47-ci “Altın Kelebek” mükafatlandırma mərasimində “Yüksələn ulduz” mükafatını qazanan türkiyəli aktrisa Melis Sezen işlətdiyi bir cümləyə görə sərvət qazanacaq.
Söhbət onun “Bunu tutmuşam, çünki hazırda əlimdədir” ifadəsindən gedir.
Məlumata görə, M.Sezen 2 milyonluq reklam müqaviləsinə imza atıb. Aktrisa çəkiləcək reklamda sözügedən ifadəni işlədəcək.