Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Gürcüstanda taksilərdə və uşaqların yanında siqaret çəkmək qadağan edildi

Gürcüstanda taksilərdə və uşaqların yanında siqaret çəkmək qadağan edildi

Yanvarın 1-dən Gürcüstanda avtomobil sürərkən siqaret çəkməyə görə taksi sürücülərinə, eləcə də uşaqların olduğu avtomobildə siqaret çəkənlərə qarşı yeni cəzalar qüvvəyə minəcək.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstan parlamenti üçüncü oxunuşda müvafiq düzəlişlər paketini təsdiqləyib. 

 

Qəbul edilən dəyişikliklərə əsasən, taksi sürücüləri ictimai nəqliyyatın sürücülərinə, taksi sərnişinləri isə ictimai nəqliyyatın sərnişinlərinə bərabər tutulur və siqaret çəkməyə görə cərimə 200 lari təşkil edəcək.

Avtomobildə uşaqların yanında siqaret çəkməyə görə şəxsi avtomobil sürücülərini 50 lari məbləğində cərimə gözləyir.

Bundan əlavə, dəyişikliklər qəbul edildikdən sonra məktəblərdən, peşə məktəblərindən və universitetlərdən 50 metr radiusda tütün və tütün məmulatları satan mağazalar 500 lari məbləğində cərimələnəcək.
Qanun pozuntusunun təkrarlanması halında cərimələr ikiqat artırılacaq.