Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirusun yerini bu xəstəlik tutacaq - Bill Qeytsdən ŞOK AÇIQLAMA

Koronavirusun yerini bu xəstəlik tutacaq - Bill Qeytsdən ŞOK AÇIQLAMA

COVID-19 pandemiyası zəiflədikdən sonra onun yerini çiçək pandemiyası tutacaq və ölüm nisbəti üç dəfə artacaq.

 

AZXEBER.COM xəbər verir ki, bunu "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts deyib.

O bildirib ki, yaxın gələcəkdə koronavirus pandemiyası zəifləyəcək: "Koronavirus zəifləsə də, onun yerini çiçək xəstəliyi tutacaq. Bunun səbəbi bioterrorizm ola bilər. Terrorçuların virusu insanların sıx olduğu yerlərdə, məsələn, hava limanlarında süni olaraq yayması kifayətdir ki, qlobal miqyaslı pandemiya baş versin. Əgər bioterrorçular on hava limanına çiçək xəstəliyini gətirsələr, biz bilirik ki, nələr baş verəcək".

 

Milyarder həmçinin bəyan edib ki, buna hazırlaşmaq üçün ÜST səviyyəsində Pandemiya İşçi Qrupu yaradılmalıdır: "Ümid edirəm ki, 5 ildən sonra "Növbəti pandemiyaya hazırıq" adlı kitab yaza biləcəyəm, lakin bu, Ar-Ge üçün on milyardlarla dollar tələb edəcək. ABŞ və Böyük Britaniya da işin bir hissəsi olacaq".

 

B.Qeyts xəbərdarlıq edib ki, bioterrorizmin törətdiyi epidemiyalar təbii olaraq baş verənlərdən daha pis ola bilər. Onun sözlərinə görə ölkələr milyardlarla dollar sərmayə qoymalı və bu halların qarşısını almaq üçün hazırlıq görməlidirlər.