Türkiyəli aktrisa Fatma Girik vəfat edib.
Axşam.az xəbər verir ki, döş qəfəsi infeksiyasına yoluxduğu üçün 5 gün xəstəxanada müalicə olunan aktrisanın həyatını xilas etmək mümkün olmayıb. O, 79 yaşında bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa bir neçə il əvvəl bud və beynindən əməliyyat olunub. Həmin əməliyyatdan sonra onun səhhətində ciddi problemlər yaranıb. Fatma buna görə 20 ildir yaşadığı Bodrumdan İstanbula qayıdıb və müalicələr alıb.