Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Tik-tok”a olan maraq Zukerberqi dünyanın ən zəngin 10 adamı siyahısından çıxardı - 30 milyard itirdi

“Tik-tok”a olan maraq Zukerberqi dünyanın ən zəngin 10 adamı siyahısından çıxardı - 30 milyard itirdi

“Meta"nın qurucusu Mark Zukerberq şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb.

Bu barədə “Forbes”in milyarderlər reytinqinin məlumatlarında deyilir. 

Hazırda onun sərvəti 84,8 milyard dollar qiymətləndirilir. Reytinqə görə, Zukerberq son sutkada 29,7 milyard dollar (25,9%) itirib. “Meta” rəhbərinin kapitalının gündəlik ixtisarı indiyədək ən böyük itkilərdən sayılır. Zukerberq bu siyahıda İlon Maskı qabaqlayır. Keçən il “Tesla” rəhbəri bir gündə 33 milyard dollar itirib.  

Qeyd edək ki, Zukerberqin milyardlar itirməsinə səbəb "Tik-Tok" sosial şəbəkəsinə olan marağın artmasıdır. "Tik-Tok" hazırda "Instagram"ı da bazarda sıxışdırır.

Zukerberq 2015-ci ildən bəri ən zəngin on adamdan biri idi...