Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ər 17 yaşlı arvadınnı başını kəsib meydanda gəzdirdi” - İranda dəhşətli cinayət

“Ər 17 yaşlı arvadınnı başını kəsib meydanda gəzdirdi” - İranda dəhşətli cinayət

İranın Əhvaz şəhərində ər 17 yaşlı xanımının başını kəsib və daha sonra həmin başla şəhər meydanında gəzib.

Musavat.com xarici agenltiklərə istinaədn xəbər verir ki, bu barədə Londonda yerləşən farsdilli “İran İnternational” kanalı məlumat yayıb.

Kanalın xəbərinə görə, ərinin əlindən qaçan bədbəxt qadını Türkiyədən zorla gətiriblər. Qadının İrana qaytarılmasında qızın atası da kömək edib. Qızın başını isə cinayətkar öz qardaşı ilə bilrikdə kəsib. Hər ikisi bir neçə saatdan sonra yaxalanıb.

Polisin məlumatına əsaəsn, həmin adam arvadnı məişət zəminində problemə görə qətlə yetirdiyni boynuna alıb. Məlum olub ki, 13 yaşında ərə verilən bu qadın 14 yaşında uşaq dünyaya gətiribmiş.

İranın hüquq müdafiəçiləri bunun ölkədə adi hal aldığını vurğulayıblar. Onların bildirdiklərinə görə, İran konstitusiyasının 630-cu maddəsi “zina edən qadını yerində yaxalayan kişiyə onu öldürmək haqqı verir”.

Son iki ildə Əhvazda 60-dan çox qadın bu tip cinayətlərin qurbamı olub. Ödürülənlərin əksəriyyəti 10-15 yaşlı gənc xanımlardır. Xəbərdə heç bir cinayətkarın buna görə tutulmadığı vurğulanıb. Ona görə ki, qızların ailələri də bununla bağlı şikayət vermrlər.