Türkiyəli müğənni Əmrah və həyat yoldaşı Sibel Erdoğan boşanıb.
Məhkəmədən sonra Əmrahın keçmiş xanımı və uşaqları üçün ödəyəcəyi təzminat ortaya çıxıb. İfaçının eks-həyat yoldaşına 12 min lirə, hər iki övladına görə isə 18 min lirə, ümumilikdə 30 min lirə ödəməli olduğu bildirilib.
Qeyd edək ki, Əmrahla Sibel 2014-cü ildə ailə qurub. İkilinin Elyesa və Eleysa adlı iki övladı var. Əmrahın bundan əvvəlki həyat yoldaşından isə Tayfun adlı daha bir oğlu var. Lakin ata ilə oğul arasında münasibətlərin yaxşı olmadığı bildirilib.