Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şagirdlərini ərinin sperması olan kekslərə qonaq edirmiş...

Şagirdlərini ərinin sperması olan kekslərə qonaq edirmiş...

ABŞ- dan olan müəllimə etiraf edib ki, şagirdlərinə spermalı kekslər yedizdirib.  

Qadının sözlərinə görə, o, hazırda istintaq altında olan ərinin təsiri altında hərəkət edib.   ABŞ- ın Luiziana ştatından olan məktəb müəlliməsi Sintiya Perkins öz şagirdlərini ərinin sperması olan kekslər yedizdirib.  

Moderator.az xəbər verir ki, bu barədə "New York Post"  nəşri məlumat verib.   Qadın və Livinqston dairəsinin şerifinin müavini işləmiş əri Dennis Perkins hələ 2019- cu ildə həbs edilib.   Cütlük uşaq pornoqrafiyası yaratmaqda, uşaqlar üzərində seksual zorakılıqda və həddi-buluğa çatmayanlara qarşı bir sıra digər cinayətlərdə şübhəli bilinib.  
Müstəntiqlər cəmi 150 epizodu araşdırıb, onların arasında şagirdlərini ərinin sperması olan kekslərlə yedizdirən müəllimə barəsində də epizod var.  

Ər-arvadın evində axtarış zamanı müstəntiqlər çılpaq uşaqların fotoşəkillərini aşkar edib.   Perkes yalnız indi onu ittiham edilən cinayətlərini etiraf edib.   

Qadın iddia edir ki, əri onunla manipulyasiya edərək birgə cinayət törətməyə məcbur edib. Həbs olunduqdan sonra boşama üçün ərizə verib.  

Perkins apellyasiya hüququndan imtina edib və ərinə qarşı şahidlik etməyə razılaşıb.  

Onu 41 il həbs cəzası gözləyə bilər. Denis Perkinsin məhkəməsi may ayına planlaşdırılıb.