Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Britni Spirs həyatını qələmə almaq üçün rekord məbləğ alacaq

Britni Spirs həyatını qələmə almaq üçün rekord məbləğ alacaq

Müğənni Britni Spirs valideynlərinin himayəsində keçirdiyi illərdən, atası Ceymi Spirsə qarşı apardığı qəyyumluq mübarizəsindən ibarət xatirələrini kitab halına salacaq.

 

Axşam.az xəbər verir ki, ifaçı bunun müqabilində 15 milyon dollar alacaq. Britni artıq "Simon & Schuster" nəşri ilə müqavilə imzalayıb. Razılaşma ilə bağlı tərəflər ətraflı açıqlama verməyib. 

"Page Six"in məlumatına görə, bu razılaşma ABŞ-ın 44-cü prezidenti Barak Obama və həyat yoldaşı Mişellə bağlanan 65 milyon dollarlıq müqavilədən sonra ən böyük sövdələşmədir.

Qeyd edək ki, Britni onun həyatından bəhs edən "Things I should have said" adlı kitabı yazan bacısı Lini bu yolla pul qazanmaqda və ona 11 ildir davam edən qəyyumluq mübarizəsində dəstək olmamaqda ittiham edib.