"Rus qoşunları artıq paytaxt Kiyevdədir. Səhər saat 5-də Kiyev bombalanacaq. Bununla da Zelenski hakimiyyətinə son qoyulacaq".
Bu şok iddia ilə nüfuzlu xəbər kanalı CNN çıxış edib.
Qeyd edək ki, bir müddət öncə xalqına prezident iqamətgahından müraciət edən Ukrayna lideri Zelenski düşmənin artıq paytaxt Kiyevə daxil olduğunu rəsmən açıqlayıb və o əlavə edib ki, onların əsas hədəfi prezident və onun ailəsidir. Zelenski prezident iqamətgahında olduğunu açıqlasa da, təhlükəsizlik baxımından ailəsinin yerini açıqlamayıb.