Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlayıb.
Bu barədə yarışmanın rəsmi saytında bildirilib.
“Avropa Yayım Birliyi (EBU) Rusiyanın bu il heç bir nömrə ilə “Avroviziya” Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb. AYB-nin İcraiyyə Şurası bu gün səhər saatlarında “Avroviziya” mahnı müsabiqəsinin rəhbər orqanının tövsiyəsi əsasında tədbirin qaydaları və yayım dəyərlərinə uyğum olaraq qərar qəbul edib”, - yayılan məlumatda deyilir.
Əlavə edilir ki, Rusiyanın orada iştirakı müsabiqənin reputasiyasına xələl gətirəcək.