Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyanın SWIFT-dən çıxarılmasına başlanıldı

Rusiyanın SWIFT-dən çıxarılmasına başlanıldı

Rusiyanın beynəlxalq pul köçürmələrini təmin edən SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemindən çıxarılması üçün hazırlıqlara başlanılıb.

 

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba açıqlama verib.

"Rəsmi qərar hələ verilməyib, amma qərar üçün texniki hazırlıq və bu sanksiyanın tətbiqinə başlanılıb. Bütün Ukrayna diplomatiyası işlədi, Ukrayna Prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər. Bu qərarı dəstəkləmək üçün müxtəlif hökumətlərə təzyiq göstərən minlərlə insana, xüsusilə Ukrayna diasporuna təşəkkür edirəm. Bu qələbə Ukraynanın bütün müdafiəçilərinə həsr olunur”, - Kuleba qeyd edib.