Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının nüvə qüvvələrinin “xüsusi döyüş növbətçiliyi” rejiminə keçirilməsi haqqında sərəncamını şərh edib.
O, bu barədə xarici jurnalistlər üçün onlayn brifinq zamanı danışıb.
XİN rəhbəri Putinin əmrinin Ukrayna və Rusiya nümayəndə heyətlərinin Ukrayna-Belarus sərhədində görüşə hazır olduqlarını elan etməsindən az sonra ortaya çıxmasına diqqət çəkib.
“Bu, dünya üçün fəlakət olacaq, amma bizi sındırmayacaq”, - Kuleba vurğulayıb.