Ukraynada döyüş təcrübəsi olan bir sıra məhkumlar azadlığa buraxılacaq.
Bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində açıqlayıb.
“Mənəvi cəhətdən asan olmayan bir qərar verildi. Hərbi vəziyyət şərtlərində hərbi əməliyyat iştirakçıları, real döyüş təcrübəsi olan ukraynalılar həbsdən azad olunacaq və öz günahlarını yuya biləcəklər. Bir sıra məhkuma qarşı tətbiq edilən bütün sanksiyalar götürülür”, - deyə Zelenski söyləyib.