Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Putin istəsə, bütün NATO ölkələrini və ABŞ-ı məhv edə bilər" - Rusiya dövlət televiziyası

"Putin istəsə, bütün NATO ölkələrini və ABŞ-ı məhv edə bilər" - Rusiya dövlət televiziyası

Rusiya ilə Ukrayna arasında danışıqlar davam edərkən Rusiya Dövlət Televiziyasının aparıcısı Dmitri Kiselyovun canlı yayımda işlətdiyi ifadələr böyük əks-səda doğurub.

 

AZXEBER.COM xəbər verir ki, o canlı yayım zamanı "Putin istəsə, bütün NATO ölkələrini və ABŞ-ı məhv edə bilər", deyib.

 

Teleaparıcı Dmitri Kiselyov "Bizim sualtı qayıqlarımız 500-dən çox nüvə başlığını vura bilər. Bu, ABŞ və bütün digər NATO ölkələrinin məhvi deməkdir" ifadələrini işlədib.

 

Teleaparıcı qeyd edib ki, Rusiyanı qorxutmağa çalışmayın: "Rusiya yoxdursa, dünya bizə niyə lazımdır? Rusiyanın nüvə silahları dünyanın ən sürətli strateji bombardmançı təyyarələrinə yerləşdirilib. Bu gün bizim Rusiya Nüvə Triadası yüksək hazırlıq vəziyyətindədir. Putin Qərbə xəbərdarlıq etdi. Rusiyanı qorxutmağa çalışmayın".