Rusiya silahlı qüvvələri Xersona tam nəzarəti ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, mülki infrastruktur, əhalinin həyat təminatı obyektləri və Xerson şəhər nəqliyyatı gündəlik fəaliyyət göstərir: “Xerson ərzaq və zəruri mallarda qıtlıq hiss etmir. Sosial infrastrukturun fəaliyyətinin təmin edilməsi, asayişin və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya komandanlığı, şəhər və rayon administrasiyası arasında danışıqlar davam edir”.
Qeyd olunur ki, Ukraynada aparılan əməliyyat zamanı bu ölkənin 1502 hərbi obyekti məhv edilib: “Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün Kiyevə yüksək dəqiqliyə malik silahla zərbə endirilib, televiziya qülləsinin yayım avadanlığı sıradan çıxarılıb”.
Vurğulanıb ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə və 72-ci Baş Psixoloji Əməliyyatlar Mərkəzinə zərbələr endirib.