Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rihannanın dəb gecəsindəki geyimi müzakirələrə səbəb oldu

Rihannanın dəb gecəsindəki geyimi müzakirələrə səbəb oldu

Dünya ulduzu Rihanna hamiləlik dövründə geyindiyi libasları ilə müzakirələr yaratmağa davam edir. 

OLAY yazır ki, məşhur müğənni Paris Moda Həftəsində dəfilə izləmək üçün hazırladığı transparan paltarı ilə çox danışılıb. 

34 yaşlı barbadoslu soyuq havaya baxmayaraq tədbirə şəffaf tüllə hazırlanmış “look”la qatılıb. 

Sevgilisi ASAP Rocky ilə tez-tez şəkil çəkdirən Rihanna sonuncu dəfə Paris Moda Həftəsi çərçivəsində dünyasını dəyişən ulduz modelyer Vircil Ablohun xatirəsinə təşkil edilən “Off-White” dəfiləsində görünüb.