Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyədə maska taxmaq tələbi LƏĞV EDİLDİ

Türkiyədə maska taxmaq tələbi LƏĞV EDİLDİ

“Artıq açıq havada maskalardan istifadə etmək məcburiyyətində deyilik”.

Bunu səhiyyə naziri Fahrettin Koca bildirib.

 

"Əgər qapalı mühitlərdə ventilyasiya kifayətdirsə və məsafə qaydasına əməl edilirsə, artıq maska ​​taxmağa ehtiyac qalmır. Biz maskaları həyatımızdan çıxarmırıq, lazım olanda taxmaq üçün özümüzlə aparırıq. Böyüklərimizin və xroniki xəstəlikləri olanların yanında olanda maskadan istifadə etməliyik”, - nazir qeyd edib.

Nazir həmçinin əlavə edib ki, orta məktəblərdə iki nəfərdə yoluxma baş verərsə, dərslərin bağlanmasına ehtiyac olmayacaq, təkcə yoluxanlar təcrid olunacaq.

Bundan başqa F.Koca qeyd edib ki, sağlamlıq kodunu (HES kodu) tətbiq edilməsi də ləğv edilib. Bundan sonra heç bir quruma girişdə HES kodu yoxlanılması aparılmayacaq.