G7 ölkələri Rusiya yanacağından imtina etməyin vacibliyi barədə razılığıa gəliblər.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Tvitter hesabında paylaşım edib.
“G7-dəki həmkarlarım və mən razılaşdıq ki, zaman keçdikcə Rusiya yanacağından asılılığı azaltmalıyıq. Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını sarsıdacağıq və Putinin uğursuzluğa düçar olmasını təmin edəcəyik”, - o yazıb.