Eyni gündə üç bacı ilə də evləndi.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasında qəribə bir hadisə baş verib.
Belə ki, Luvizo adlı gənc eyni gündə evlilik təklifi alan üç bacının heç birini incitmək istəməyib. Bacıların hər üçü ilə eyni gündə ailə quran gənc ölkədə gündəm mövzusu olub.
Gənc hadisənin necə baş verdiyi barədə məlumat verib. İlk Natali adlı qızla tanış olduğunu, daha sonra digər iki bacı ilə tanış olduğunu və onların da ondan xoşlanmağa başladığını söyləyib.
3 bacının eyni anda ona evlilik təklifi etdiyini bildirən Luvizo "Evlənmə qərarının çox çətin olduğunu bilirdim, ancaq hamısı eyni gözəllik olduğu üçün heç birindən imtina edə bilmədim" -deyə bildirib.