Türkiyədə Ukrayna-Rusiya konfliktinin fonunda ərzaq mağazalarında bitki yağlarının çatışmazlığı yaşanır.
Türkiyə bitki yağlarının idxalına görə dünya ölkələri sırasında 4-cü yerdədir.
Həmçinin Türkiyəyə bitki yağlarının ümumi idxalın 70 faizi Ukrayna və Rusiyanın payına düşür.
Hazırda Türkiyəyə bitki yağları gətirən 16 türk gəmisi hərbi toqquşmalarla əlaqədar Azov dənizində hərəkətini dayandırmaq məcburiyyətində qalıb.
Ekspertlər hesab edirlər ki, Türkiyənin hazırkı bitki yağı ehtiyatları cəmi 1-1,5 aya bəs edəcək qədərdir.
Hazırda piştaxtalarda bitki yağının defisiti müşahidə olunur. Bu isə öz növbəsində alıcılar arasında sıxlığa və insidentlərə səbəb olub.